Qaralama Qaralama mətn — hüquqi yoxlamadan keçməlidir. · Versiya: draft-2026-11
Məxfilik siyasəti
Loyallıq kartı
Loyallıq kartı üçün adınız, soyadınız və mobil nömrəniz saxlanılır. Nömrə SMS kodla təsdiqlənir. Ad günü yalnız özünüz yazsanız saxlanılır.
Məlumatlar yalnız qeydiyyatdan keçdiyiniz məkanın loyallıq proqramı üçün istifadə olunur. Hər məkan yalnız öz müştərilərini görür. Kassir ekranında adınız və maskalanmış nömrəniz görünür.
Alış məbləğləri, endirimlər, stamp və hədiyyələr kartınızın tarixçəsində saxlanılır.
Kampaniya mesajları yalnız ayrıca razılıq verdiyiniz məkandan göndərilə bilər. Razılığı "Mənim kartlarım → Seçimlərim" bölməsində istənilən vaxt geri götürə bilərsiniz. Razılıqlar tarix və siyasət versiyası ilə qeydə alınır.
Kartı Google və ya Apple Wallet-ə əlavə etsəniz, kartın göstərilməsi üçün lazım olan məlumatlar (məkan, ad, balans, QR kod) uyğun olaraq Google-a və ya Apple-a ötürülür.
Sayt və müraciət formu
Demo formunda yazdığınız ad, məkan, telefon, e-poçt və mesaj yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur.
Anonim statistika kukiləri yalnız razılıq verdikdən sonra yüklənir. Loyallıq kartı məlumatları (ad, nömrə, QR kod) reklam və statistika platformalarına ötürülmür.
Silinmə və suallar
Məlumatlarınızın silinməsi və ya suallarınız üçün kartınızın aid olduğu məkanla və ya bizimlə əlaqə saxlayın.