Tez-tez verilən suallar
Müştərilər
Müştərilər tətbiq yükləməlidirmi?
Xeyr. Kart telefonda tətbiqsiz açılır və ana ekrana əlavə oluna bilər. İstəsə, müştəri kartı Google/Apple Wallet-ə də əlavə edir.
NFC cihazı almaq lazımdırmı?
Xüsusi cihaz lazım deyil. QR kod hər telefonda işləyir. İstəsəniz, qeydiyyat linkini adi NFC stikerinə yazırsınız: əksər müasir telefonlar ona toxunanda səhifəni açır.
QR kodla necə qeydiyyatdan keçirlər?
Müştəri QR kodu kamera ilə skan edir, məkanınızın qeydiyyat səhifəsi açılır. Adını, soyadını və mobil nömrəsini yazır, SMS ilə gələn kodu daxil edir — kart dərhal hazırdır. Qeydiyyat QR kodunu paneldən çap edirsiniz.
Müştəri kartını itirə bilərmi?
Kart müştərinin telefon nömrəsinə bağlıdır. Telefonu dəyişsə və ya linki itirsə, "Mənim kartlarım" bölməsinə nömrəsi və SMS kodu ilə daxil olub bütün kartlarını yenidən açır. Balans itmir.
Kassa və idarəetmə
Kassir necə stamp əlavə edir?
Kassir telefon və ya planşetdə kassa panelini açır, müştərinin kartındakı QR kodu kamera ilə skan edir və ya 8 simvollu kodu yazır, istəsə alış məbləğini daxil edib təsdiqləyir. Stamp və endirim sizin qaydanıza görə avtomatik hesablanır. Təkrar toxunuş əməliyyatı iki dəfə yazmır.
Bir neçə filialı idarə etmək mümkündürmü?
Bəli. Filiallar əlavə edirsiniz, işçiləri filiala bağlayırsınız, əməliyyatlar filial üzrə görünür. Müştərinin kartı bütün filiallarda keçərlidir. Filial sayı paketə görə limitlənə bilər.
Wallet və POS
Google/Apple Wallet necə işləyir?
Müştəri kart səhifəsində "Wallet-ə əlavə et" düyməsinə toxunur. Wallet-dəki kartda balans, hədiyyə və QR kod görünür və hər əməliyyatdan sonra avtomatik yenilənir.
iPhone və Android-də işləyirmi?
Bəli. iPhone istifadəçiləri kartı Apple Wallet-ə, Android istifadəçiləri Google Wallet-ə əlavə edir. Wallet-ə əlavə etmədən də kart telefonda tətbiqsiz açılır və QR kodu, balansı, hədiyyəni göstərir.
POS inteqrasiyası mümkündürmü?
POS inteqrasiyaları üzərində işləyirik, hazırda aktiv inteqrasiya yoxdur. Bu gün kassir alışı kassa panelində bir neçə saniyədə qeyd edir.
Paket və məlumatlar
Müştəri məlumatları kimə məxsusdur?
Hər məkan yalnız öz müştərilərini və əməliyyatlarını görür; məlumatlar başqa məkanlara göstərilmir və reklam platformalarına ötürülmür. Əməliyyat tarixçəsini istənilən vaxt CSV kimi yükləyə bilərsiniz. Ətraflı: Məxfilik siyasəti.
Sınaq müddəti necə işləyir?
Paketdə sınaq müddəti varsa, hər məkan ondan bir dəfə istifadə edir. Ödəniş kartı əvvəlcədən bankın təhlükəsiz səhifəsində yadda saxlanılır, ödəniş sınaq bitəndə çıxılır. Sınaq zamanı ləğv etsəniz, ödəniş çıxılmır.
Abunə dayandırıldıqda nə baş verir?
Müştərilərin kartları, balansları və məlumatlarınız silinmir. Paket dayandıqda yeni müştəri qoşulması və kassa əməliyyatları dayanır; paketi yenidən aktiv edən kimi hər şey davam edir.
Mövcud müştəriləri sistemə köçürmək mümkündürmü?
Toplu idxal aləti hələ yoxdur. Kağız kartı olan müştərilər QR ilə qoşulduqdan sonra davam edə bilər; köçürməni sizinlə birlikdə planlaşdırırıq.
Kampaniya bildirişləri necə işləyir?
Auditoriyanı seçirsiniz (məsələn, 14 gündür gəlməyənlər və ya ad günü olanlar), mesajı yazırsınız, vaxtı təyin edirsiniz. Bildiriş SMS və ya Google/Apple Wallet bildirişi kimi birbaşa müştərinin telefonuna gəlir.
Daimi müştərilər qazanmağa hazırsınız?
Loyallıq proqramınızı qurun və müştərilərinizin geri qayıtmasını asanlaşdırın.